“Yaxın Şərqdə tamamilə yeni bir konfiqurasiya yaranacaq” - MÜNASİBƏT

“Yaxın Şərqdə tamamilə yeni bir konfiqurasiya yaranacaq” - MÜNASİBƏT

“Hazırda Yaxın Şərqdə baş verən İsrail-HƏMAS toqquşması Qərbin, o cümlədən ABŞ-ın və bir çox Avropa ölkələrinin Ukraynada fəaliyyətinin bir qədər zəifləməsi ilə müşayiət olunur”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, hər iki istiqamətdə iqtisadi, hərbi, siyasi resursların səpələnməsi Rusiyanın Ukrayna qarşısında müəyyən nəaliyyətlər əldə etməsinə gətirib çıxara bilər ki, bu da Qərbin növbəti dəfə yalnış istiqamətdə olduğunu ortaya çıxara bilər: “Son günlərdə NATO-nun baş katibi də yaxın günlərdə neqativ hadisələrə hazır olmaq üçün müəyyən bəyanatlar səsləndirməkdədir. İsrail ilə Fələstin arasında sülh sazişinin imzalanmasında bir problem olmayacağını düşünürəm. Burda əsas problemi yaradan HƏMAS və onu dəstəkləyən qüvvələrdir. İsrail bu vəziyyətdə kimsənin səsləndirdiyi fikirlərə diqqətlə yanaşacağını düşünmürəm. İsrail yaxın aylar ərzində HƏMAS-ı tamamilə təmizləməyənə qədər əməliyyatları dayandırmayacaq. Ümumiyyətlə, Yaxın Şərqdə tamamilə yeni bir konfiqurasiyanın yaranacağı ehtimalı da böyükdür”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə