“BƏƏ-də təşkil olunan Sammit Azərbaycan üçün önəmlidir” - DEPUTAT AÇIQLADI
“Dubayda COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammiti özlüyündə müasir dövrün mühüm tarixi-siyasi hadisələrindən biridir və bu tədbir həmçinin beynəlxalq hüququn dövlətlərin əməkdaşlığı prinsipinin realizəsində mühüm mərhələ hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, sammit qlobal miqyasda iqlim fəaliyyəti və ekoloji problemlərə köklənsə də, həm də artan qütbləşmə prosesində ziddiyyətlərin kökündə dayanan məsələlərin müzakirəsi və yeni dünya arxitekturasının müəyyənləşdirilməsi istiqamətində mühüm platforma kimi çıxış edirdi: “Bu mənada tədbirdə iştirak rəsmi və qeyri-rəsmi formatlarda fikir mübadilələrini həyata keçirmək regionumuzda yeni reallıq yaratmış Azərbaycan üçün çox mühüm əhəmiyyətə malik idi. Bildiyiniz kimi, Prezident İlham Əliyev fəaliyyəti dövründə həmişə Azərbaycanın maraq və mənafelərinin ən yüksək səviyyədə təmini məqsədilə bütün platformalardan səmərəli və effektiv formada istifadə edib. Bu gün dövlətimizin regionda yaratdığı və Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirən reallığın kökündə dayanan amillərindən biri də məhz möhtərəm Prezidentin imkanları fürsətə çevirməsidir.
Bu mənada Birləşmiş Ərəb Əmirliyində qlobal sammit çərçivəsində çoxsaylı kommunikasiyalar Azərbaycan üçün mühüm imkan idi. Sirr deyil ki, global siyasətdə və diplomatiyada bəzən ayaqüstü dialoqlar uzun illər masa ətrafında davam etmiş danışıqlardan daha səmərəli olur. Dünya miqyaslı lider və peşakar diplomat kimi cənab İlham Əliyev də bu formulu çox gözəl bilir və bu mənada Birləşmiş Ərəb Əmirliyində təşkil olunan Sammiti Azərbaycan üçün özünün milli maraq və mənafelərinin müdafiəsi istiqamətində mühüm platforma hesab etmək olar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB