"BMT-nin Xantakinin iddialarını qəbul edəcəyini düşünmək sadəlövhlük olar" - POLİTOLOQ ŞƏRH ETDİ
“Azərbaycanın Ermənistanın mədəni-irsi abidələrini dağıtmasına dair səslənən fikirlərin heç bir əsası yoxdur. Ümumiyyətlə, bunu isbat edəcək dəlilləri də yoxdur”. Bunu SİA-ya açıqlamasında politoloq
Turan Rzayev deyib.
Politoloqun sözlərinə görə, əgər belə bir şey olsaydı, ilk növbədə, paytaxtın ən aparıcı küçələrindən biri olan Nizami küçəsindəki rrməni Qriqoryan Kilsəsini çoxdan ləğv ediblər, ya da dəyişdiriblər: “Qeyd etdiyim kilsədə 10 minə yaxın erməni əlyazması mövcuddur. Bu gün Bakıda və Azərbaycanın bir çox yerlərində erməni qəbirləri mövcuddur. Halbuki Ermənistandakı azərbaycanlıların qəbir daşları bu gün ya marketlərin döşəmələrinə mozaik kimi vurulub, ya da hansısa dövlət qurumlarında istifadə edilib. Nəticə etibarilə bu iddiaların heç bir əsası yoxdur”.
T.Rzayev bildirib ki, ermənilərin Qarabağda özlərinə məxsus adlandırdıqları abidələrin çoxu azərbaycanlılara məxsusdur: “Alban katolik kilsəsini isə vaxtilə ermənilər qeyri-qanuni yollarla mənimsəmiş, təhfir etmiş və özlərinin Qriqoryan Kilsəsi halına gətirmişdilər. Bunu çox sadə bir elmi araşdırma ilə də sübut etmək olur. Elə xaçlar üzərində aparılan araşdırmalarda da görünür ki, bir çoxu qıpçaq türk, yaxud da alban udin xaçlarıdır. O ki qaldı ermənilərin Qarabağda yaşayarkən yaratdıqları və işğal dövründə ərsəyə gətirdikləri abidələrə, Azərbaycanın bu abidələlərə qarşı heç bir xüsusi planı yoxdur”.
Politoloq sonda qeyd edib ki, digər xalqlar kimi ermənilərin də mədəni abidələri Azərbaycan mədəniyyətinin bir parçasıdır: “Azərbaycan multikultural bir ölkədir, burada çoxlu fərqli etnik qruplar yaşayırlar. Bütün bu etnik qrupların dilinə, dininə, adət-ənənələrinə və mədəni irsinə hər zaman hörmət göstərilib və dövlət tərəfindən xüsusi ehtiramla qorunmaqdadır. Bu baxımdan, bu açıqlamaların heç bir əsası yoxdur, BMT-nin bu məsələni qəbul edəcəyini düşünmək sadəlovhlük olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB