“Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması çox çətindir” - ŞƏRH EDİLDİ

“ABŞ Konqresinin Nümayəndələr Palatasında Qarabağ dinləmələri keçirilmişdi. Bu dinləmə isə təəssüflər olsun ki, anti-Azərbaycan dinləməsinə çevrilmişdi. Burada Azərbaycanlı bağlı bir çox məsələlərdə heç bir həqiqəqti əks etdirməyən, əsası olmayan fikirlər səsləndirilmişdi”. Bu sözləri SİA-ya açıqlamasında analitik Kazım Kazımov deyib.

O bildirib ki, Paşinyan adminstrasiyası son dövrlər Qərblə yaxınlaşmağa başlayıb: “Paşinyanın Rusiyaya yönəlik sərt tənqidləri onun Rusiyadan olan aslılığını bitirməyə çalışdığını göstərir. Bu zaman da yaranacaq boşluğu Qərb doldurmağa çalışır. Bu mənada Qərb də çox yanlış siyasət yürüdür. Amma Qərb anlamalıdır ki, Paşinyanın Rusiyadan ayrılacağı dəqiq deyil. Çünki Ermənistan ordusu bütün mənalarda Rusiyadan asılıdır. Buna görə də Ermənistanın Rusiya təsir dairəsindən çıxması çox çətindir. ABŞ-ın isə Ermənistan üzərindən Cənubi Qafqazda qurduğu planlar puçdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə