“Albaniya və Azərbaycan dost ölkələrdir” - MÜNASİBƏT

“Albaniya və Azərbaycan dost ölkələrdir” - MÜNASİBƏT

“Mavritaniya islam dövrləri təşkilatının üzvi kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində müəyyən addımlar atıb. Ancaq münasibətlərimiz təbiidir ki, Albaniya ilə olan səviyyədə deyil. Albaniya Azərbaycan münasibətləri iki dost dövlətlər arasında olan münasibətlərdir”. Bunu SİA-ya açıqlamasında siyasi ekspert, “Alyans” strateji araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycan Prezidenti cənab İlham Əliyevin Albaniyaya səfəri zamanı bir sıra mühüm sənədlər imzalandı və bu münasibətlərimizin daha da yaxınlaşmasına xidmət etdi: “BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvlərindən biri kimi Albaniya son iki iclasında Azərbaycanı müdafiə mövqeyindən çıxış etdi, Azərbaycanın haqlı olduğunu bəyan etdi və bu təbiidir ki, bizim üçün çox mühüm əhəmiyyətə malikdir. Albaniya liderləri dəfələrlə Azərbaycana səfər ediblər və Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər. Ancaq onu da demək lazımdır ki, hələlik nə Albaniya, nə də ki, Mavritaniya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından deyil və bu istiqamətdə bundan sonra da fəaliyyət göstərmək və münasibətlərimizi daha da sıxlaşdırmaq dövlətlərimiz qarşısında duran əsas vəzifədir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə