"Qayıdış prosesi çox böyük hadisədər” - MÖVQE

“Qayıdış prosesi çox böyük hadisədər və bu bir neçə aspektdən - hərbi, siyasi, iqtisadi aspektlərdən dəyərləndirilməlidir. Bu zaman ərazi məskunlaşdırılır”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Arif Paşa deyib.

Onun sözlərinə görə, əhalinin yaşayış və iş yerləri ilə təmin edilməsi ilə bu sahədə olan yük müəyyən qədər yüngülləşir: “Artıq işğaldan azad edilmiş ərazilər iqtisadi səmərə verən, gəlir gətirən regiona çevrilir. Bütün bunlar küll şəkildə ölkənin müdafiə və təhlükəsizlik məsələlərində önəmli rol oynayır. Və ən əsası ölkəmizin ərazi bütövlüyü və işgaldan azad edilmiş ərazilərdə suverenliyi bərpa olunur. Biz indi möhtəşəm tarixi hadisələr dövrünü yaşayırıq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə