“Fransız silahları Ermənistana xoşbəxtlik gətirməyəcək” - MÜNASİBƏT
“Paris dəfələrlə Ermənistanın yalnız müdafiə silahları ilə təmin olacaqlarını bəyan edib, lakin görünən ondan ibarətdir ki, Fransa rəsmi İrəvanı hücum silahları ilə də təchiz edir. Son zamanlar Ermənistan həm də Hindistandan "Ataks" artilleriya qurğuları əldə edib və o cümlədən də, Fransadan "Bastion" zirehli personal daşıyıcılarını Gürcüstan vasitəsilə Ermənistana çatdırıb”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Ermənistan Fransadan müdafiə məqsədli ilə CM-200 radiolakasiya stansiyaları da əldə edib: “Ermənistanın Hindistandan və Fransadan əldə etdiyi sözügedən silahlar hücum silahlarıdır və onların Ermənistana verilməsi işğalçının dəstəklənməsi anlamına gəlir. Ermənistanın yenidən hücum silahlarını əldə etməsi təbii ki, Azərbaycana qarşı təhdidlər yaratmaq və təxribatlar törətmək məqsədilə həyata keçirilir. 30 illik işğal tarixinə malik bir ölkənin sözdə müdafiə silahlarından adı altında, həm də hücum silahları əldə etməsi heç bir halda əzilmiş, təhqir edilmiş və təhlükəsizlik immuniteti sıfırlanmış Ermənistana xoşbəxtlik gətirməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB