“Milli Məclisin texniki xərclərinin artırılmasına çox ehtiyac var” - HİKMƏT MƏMMƏDOV
“Milli Məclisin texniki xərclərinin artırılmasına çox ehtiyac var”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hikmət Məmmədov deyib.
Deputat sözlərinə belə davam edib: “Milli Məclisdə hər gün əlaqədə olduğumuz texniki avadanlıqlar var. Onlardan biri də bax bu önümüzdəki kompyuterlərdir. Bildirim ki, Milli Məclis əlavə maliyyə xərclərindən yayınmaq üçün kağızdan istifadə etmir. Amma kompyuterdən istifadə zamanı da çətinliklər yaranır. Hal-hazırda qanun layihəsini açmaq üçün düymələrə bir neçə dəfə toxunub açdım”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB