“Azərbaycanla münasibətləri sonuna qədər davam etdirməkdə qərarlıyıq” - TÜRK NAZİR
“Bu gün qardaş ölkə olan Azərbaycanda iqlim və metereoloji sahədə ediləcək işlərlə bağlı iclas üçün gəlmişik. Daha əvvəl iki ölkə arasında etdiyimiz müqavilələrə əsasən münasibətləri davam etdiririk”. SİA xəbər verir ki, bu sözləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Bakıda səfəri çərçivəsində Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir sözlərinə belə davam edib: “Azərbaycanla olan münasibətləri sonuna qədər davam etdirməkdə qərarlıyıq. Türk dünyasında olan hər cür sosial, ictimai və iqtisadi nə qədər hadisə varsa, bizi yaxından maraqlandırır. Əgər burada kədər varsa kədərlənər, sevinc varsa sevinərik. Peyğəmbərimiz deyib ki, birlikdə rəhmət, ayrılıqda əzab var. Ona görə də bir olmağa davam etməliyik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB