Türkiyəli nazir Fəxri xiyabanı ziyarət edib

Türkiyəli nazir Fəxri xiyabanı ziyarət edib

Bu gün Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Fəxri xiyabanı ziyarət edib. SİA-nın xəbərinə görə, türkiyəli nazir Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüb.

Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Xatırladaq ki, Mehmet Özhaseki Bakıda Türk Dünyası ll Meteorologiya Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə