"Milli münasibətləri qızışdıranlardan biri də Vaqif idi" - ŞAHİD
"O vaxtlar Dağlıq Qarabağda yaşayanların 80%-i milli münasibətləri qızışdırırdı. Onlar məcburi olaraq erməni camaatını mitinqlərə, adam öldürməyə sövq edirdilər. Azərbaycanlılara qarşı əlinə silah almayanları ən yaxşı halda ya qızlarını, ya yoldaşlarını zorlayır, ya da özlərini güllələyirdilər. Səngərdən qaçan əsgəri yarıyolda özləri güllələyib öldürürdülər. Erməni ordusunun əksəriyyətini elə özləri məhv ediblər". SİA xəbər verir ki, bu sözləri Vaqif Xaçatryanın bugünkü məhkəmə prosesində şahid Azay Kərimov deyib.
"Vaqif haqqında bizim geniş məlumatımız var idi. Şuşa türməsində saxlanılanlardan biri də Vaqif Xaçatryan idi. Biz Xaçatryanı Qarabağda milli irqçilik və münaqişə yaratdığına görə həbs etmişdik. Vaqif türmədə sol qolunu dişləyib damarını deşmişdi ki, türmədən canını qurtarsın. Bu belə bir adam idi. Daha sonra xəstəxanaya yerləşdirildi və nəhayət türmədən buraxılmışdı.
Meşəli hadisəsi zamanı isə Vaqiflə bərabər 11 nəfər var idi ki, qarət və cinayətlə məşğul idilər. Orada gördüyüm mənzərəni demək olar ki, heç yerdə görməmişəm. Dilsiz ağızsız heyvanları tövlənin içində yandırmışdılar. İtləri, pişikləri güllələmişdilər. Biz onların 8-ni öldürdük, üçü isə qaçdı",- deyə o əlavə edib.
Şahid Vaqif Xaçatryan tutulanda ona məlumat verildiyini bildirib: "Şahidliyimi təsdiqləmək üçün məmnuniyyətlə Vaqifi görməyə getdim. İkimiz də bir-birimizi tanıdıq. Çünki Vaqif özü də bilir ki, biz Meşəli hadisələrində qarşılaşmışıq".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB