“Zəfər olmasaydı, yeni ideoloji hədəflər meydana gəlməzdi” - Zahid Oruc
“Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı 2023-cü il Ulu öndərin 100 illik yubileyi ilə üst-üstə düşür”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc deyib.
Z.Oruc bildirib ki, Heydər Əliyevin bənzərsiz tərcümeyi-halı, keçdiyi şərəfli yol, Sovetlər Birliyinin siyasi olimpinə yüksəlişi və enişi nəinki qərbi, bütün azərbaycanlıların son bir əsrlik taleyi ilə eynidir: “Lakin “Böyük Qayıdış” əslində Heydər Əliyevin ikinci dəfə hakimiyyətə dönüşündən başlayır və Qələbəmizin birinci müəllifi də odur.
Zəfər olmasaydı, yeni ideoloji hədəflər meydana gəlməzdi.
Azərbaycan müstəqilliyin bərpasının 32-ci ilində Böyük Qayıdış idealı ətrafında toplana bilib. Qələbəmiz bütün tarixi dövrlərdə köçkün düşən insanların öz köklərinə dönüş ruhunu oyadıb. Millətimizin yeni hədəfləri ilk dəfədir, vətənin sərhədlərini aşır. Lakin Prezident Qərbi Azərbaycana qayıdışı Silahlı Qüvvələrin qarşısında deyil, alim və ziyalıların, çoxminli məktəb və universitetlərin, mədəni və siyasi məfkurəni hazırlayan qurumların, qalib gəncilyin və uşaqların qarşısında irəli sürür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB