“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının alternativi yoxdur” - Ceyhun Bayramov
“Azərbaycan dövləti hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının alternativi yoxdur. Azərbaycan tərəfindən Ermənistana bununla bağlı növbəti təkliflər göndərilib. Hazırda təklif edilən paketlərlə bağlı Ermənistandan cavab gözləyirik”. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, artıq illərlər məcburi köçkünlərimiz ata yurdlarına geri dönürlər: “Əminəm ki, qarabağ bölgəsi ən gözəl guşələrdən birinə çevriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB