“Bundan sonra daim uğur əldə edəcəyik” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bundan sonra daim uğur əldə edəcəyik” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Zəfərimizi şərtləndirən əsas amillər tarixi ədalətdir. Hansı ki, Azərbaycan xalqı bu ədalətə söykənirdi. Ermənilərin vaxtilə işğal etdiyi və separatçı rejim yaratdığı ərazi tarixi Azərbaycan torpağıdır. Digər tərəfdən beynəlxalq hüquq normaları Azərbaycanın tərəfində idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Azərbaycan 1991-ci ildə SSRİ-nin tərkibində olduğu sərhədlərlə müstəqilliyini bərpa etmişdi: “Eyni zamanda, bu qələbənin qazanılmasında xalqın milli birliyinin mühüm rolu var idi.
Əsas şərt isə xalqın problemlərini yaxşı bilib, onların həlli ilə bağlı ciddi proqram irəli sürən liderin olması idi. Əvvəl Ulu Öndər Heydər Əliyev, indi isə cənab Prezident İlham Əliyevin uğurlu liderliyi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə, zəfər qazanılmasına səbəb oldu. Azərbaycan dünya birliyinə özünün suveren hüquqlarını bərpa etməyin nümunəsini göstərdi. Bundan sonra da həmişə milli birlik, Azərbaycan ideologiyası, milli maraqların dövlət tərəfindən düzgün qorunması nəticəsində daim uğurlar əldə edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə