“Prezident İlham Əliyevin apardığı siyasəti Əli Kərimli hələ də anlamır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Prezident İlham Əliyevin apardığı siyasəti Əli Kərimli hələ də anlamır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Zəngəzur dəhlizinin açılacağı ilə bağlı fikirlərimizi ifadə edəndə reallıq başqa idi. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra Ermənistanın imza ataraq öhdəliklər götürdüyü kapitulyasiya sənədinin icra ediləcəyinə inanırdıq. Bununla yanaşı, Qarbağda ermənilərin yaşadığı ərazilərə də biz nəzarət etmirdik. Ona görə də dövlətimiz Ermənistandan üçtərəfli Bəyanatın tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılışını tələb edirdi və bunu Ermənistan istəməsə də edəcəyimizi bəyan etdik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov AXCP sədri Əli Kərimlinin fikirlərinə münasibət bildirərkən deyib.

Deputat sözlərinə belə davam edib: “Təbii ki, Ermənistan öz öhdəliklərinə əməl etmədiyinə görə ordumuz 19 sentyabrda lokal xarakterli antiterror tədbirləri keçirməyinə məcbur oldu.

Antiterror tədbirlərindən sonra yeni reallıq meydana gəldi. Azərbaycan öz ərazilərində suverənliyini bərpa etdi. Zəngəzur dəhlizi məsələsi isə suverən dövlətlərin ərazi məsələsi ilə bərabərləşdi. Ona görə də dövlətimiz güc yolu ilə Zəngəzur dəhlizinin açılmasına maraqlı olmadığını bildirdi. Amma dövlət başçımız baş verəcək bütün prosesləri qabaqcadan görürdü və ona görə də İran üzərindən yolun çəkilməsini qabaqcadan razılaşdırılmışdı.

Əli Kərimlinin dediyi kimi olsaydı, İrandan yolun çəkilməsi ilə bağlı razılığı əvvəlcədən niyə imzalamışdıq? Yəni, bu onu göstərir ki, Azərbaycana uğur qazandıran Prezident İlham Əliyevin apardığı siyasəti Əli Kərimli hələ də anlamır. Belə ki, Əli Kərimli qazandığımız qələbəmizə hər vasitə ilə səhv tutaraq özünü daha ağıllı olduğunu nümayiş etdirmək istəyir. Əli Kərimli o qədər bacarıqlı olsaydı, 90-cı illərin əvvəlində onların hakimiyyətdə olduğu dövrdə torpaqlarımız Ermənistana verilməzdi. O cümlədən vətən üçün o qədər canı yansaydı, özü əlinə silah alıb ön cəbhəyə gedərək xalq üçün bir motivasiya yaradırdı və Ermənistanın işğalçılıq planlarının qarşısını alınmasına cəhd edərdi. Əli Kərimlinin təmsil etdiyi ovaxtkı hakimiyyət isə əksinə, öz kreslolarını qorumaq üçün cəbhədəki tankları Bakıya gətirmişdi. Əliyalın xalqı təpədən dırnağa qədər silahlanmış erməni işğalçıları ilə üz-üzə saxlanılmışdı. Məhz onların hakimiyyətdə olduğu dövrdə Ermənistanın torpaqlarımızı işğal etməsi xalqımızı 30 ildə qaçqın və köçkün həyatını yaşamağına məcbur etdi. İndi Prezident İlham Əliyevin rəhbərliyi altında güclənmiş Azərbaycan dövləti özünün ərazilərində suverenliyini bərpa edəndən sonra Əli Kərimliyə evində rahat oturaraq nöqsan tutmağa nə var ki? Dövlətimizin qazandığı uğurlarımızdan nöqsan tutmaq istəyənlər bilməlidirlər ki, Prezident İlham Əliyev “Nəyi, necə və nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə