Azərbaycan və Türkiyənin müdafiə sahəsində hansı uğurlar mövcuddur? - TÜRK POLİTOLOQ DANIŞDI

Azərbaycan və Türkiyənin müdafiə sahəsində hansı uğurlar mövcuddur? - TÜRK POLİTOLOQ DANIŞDI

“31 oktyabr 2017-ci ildə Bakı şəhərində Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müdafiə Sənayesi üzrə Əməkdaşlıq Sazişi Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Sözügedən sazişdə qarşılıqlı fayda və hüquq bərabərliyi prinsipləri əsasında daha da inkişaf etdirilməsi və möhkəmlənəcək dostluq və əməkdaşlıq münasibətlərinin iki ölkənin ümumi maraqlarına, eləcə də dünyada sülh və təhlükəsizliyə töhfə verəcəyi vurğulanır”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Hakan Aktürk sözlərinə belə davam edib: “Müqavilə əsasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı, istehsal, təchizat, texniki xidmət və müvafiq texniki və logistik dəstək sahələrində tərəflər arasında daha səmərəli əməkdaşlıq vasitəsilə tərəflərin müdafiə sənayesi imkanlarını inkişaf etdirərək təmin edilməsinin vacibliyini vurğulamaq istərdim. Sözügedən sazişin 4-cü maddəsinə əməkdaşlıq sahələri daxildir. Maddə həyata keçərsə, müdafiə sənayesi sahəsində, xüsusən də tədqiqat, layihələndirmə, təkmilləşdirmə və istehsalat sahəsində genişmiqyaslı və ətraflı əməkdaşlıq nəzərdə tutulur. Sazişin məqsədi müdafiə təyinatlı malların və xidmətlərin inkişafı, istehsalı, təchizatı, texniki xidməti sahələrində daha səmərəli əməkdaşlıq yolu ilə tərəflərin müdafiə sənayesi imkanlarını inkişaf etdirməklə müdafiə sənayesi sahəsində əməkdaşlığı təmin etməkdir.

Sazişin daha yaxşı həyata keçirilməsini təmin etmək üçün qarışıq komissiya yaradılacaq. Yaradılan komissiya sayəsində konkret əməkdaşlıq istiqamətləri müəyyənləşdiriləcək, təklif-tövsiyyələr və rəylər aidiyyəti orqanlarla müzakirə olunacaq, layihələrin və qərarların icrasına müntəzəm nəzarət təmin ediləcək. Müqavilənin qüvvəyə mindiyi tarixdən 5 il müddətində qüvvədə qalması qərara alınıb. Tərəflərdən heç biri müqavilənin qüvvədə olma müddətinin bitməsinə ən azı 90 gün qalmış digər tərəfə xitam bildirişi göndərməzsə, müqavilə avtomatik olaraq bir illik ardıcıl dövrlər üçün yenilənəcək.

Bura tərəflərin Silahlı Qüvvələrinə lazım olan ehtiyat hissələrin, alətlərin, müdafiə materiallarının, hərbi sistemlərin, texniki nümayişlərin və texniki vasitələrin birgə tədqiqatı, inkişafı, istehsalı və modernləşdirilməsi üçün münasib şəraitin təmin edilməsi, tərəflərin dövlətlərinin ərazisində hərbi texnika sahəsində birgə tədqiqat-konstruktor və istehsal layihələrinin nəticələrinin həyata keçirilməsi daxildir. Həmçinin hər iki tərəfin müdafiə sənayesi məhsulları və xidmətlərinin istehsalı və təchizatı, habelə alət və avadanlıqların modernləşdirilməsi sahələrində qarşılıqlı yardım, tərəflərin müvafiq orqanları arasında silahların və hərbi-texniki vasitələrin və onların hissələrinin birgə istehsalı və gələcək inkişafı üçün müqavilələrin bağlanmasını təşviq edərək, keyfiyyətin təminatında tərəflər tərəfindən istifadə olunan standartlar və müvafiq sənədlər və elmi-texniki məlumatlar haqqında məlumat mübadiləsi aiddir.

Bununla belə, keyfiyyətin təminatında tərəflərin istifadə etdiyi standartlar və müvafiq sənədlər haqqında elmi-texniki məlumatların mübadiləsi, tərəflərin birgə layihələrində istehsal olunan son məhsulların üçüncü şəxslərə satışı, Silahlı Qüvvələrin inventarında olan artıq müdafiə sənayesi məhsul və xidmətlərinin iki tərəfin koordinasiyası ilə digər məhsul və xidmətlərlə satışı, alınması və ya dəyişdirilməsi üzrə əməkdaşlıq, tərəflərin müdafiə sənayesi müəssisələri və təşkilatları arasında əlaqələrin, tədqiqat mərkəzlərinə texniki səfərlərin və kadr mübadiləsinin təşviq edilməsi bura aiddir.

Hətta tərəflərin hər birinin ərazisində birgə istehsal edilmiş və ya hazırlanmış hərbi və müdafiə avadanlığının alınması, üçüncü tərəflərin müdafiə sənayesi məhsullarının istehsalı, inkişafı, texnologiyası və modernləşdirilməsi sahəsində birgə proqramlar üçün şərait yaratmaq, tərəflər tərəfindən müdafiə sənayesi malları və xidmətləri ilə bağlı birgə və ya qarşılıqlı satış, təchizat və istehsal, modernləşdirmə texnologiyalarının transferi, tədqiqat və inkişaf layihələrinin icrası, tərəflər arasında birgə istehsal və üçüncü şəxslər üçün birgə işlənmə haqqında müqavilələrin bağlanmasını təşviq etmək və hərbi-texniki institutlar, müdafiə sənayesi təşkilatları, texniki-təmir obyektləri arasında əməkdaşlıq daxildir. Bu uğurlu əməkdaşlığa görə hər iki ölkəni təbrik edirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə