Azərbaycan növbəti 3 il Qoşulmama Hərəkatının “sədrlik Troykası”nda yer alacaq

Azərbaycan növbəti 3 il Qoşulmama Hərəkatının “sədrlik Troykası”nda yer alacaq

15-20 yanvar 2024-cü il tarixlərində Uqandanın Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşü ilə Hərəkata sədrlik Azərbaycandan Uqandaya keçəcək.

SİA xəbər verir ki, bu barədə XİN-in Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyinin 4 ilinin tamam olması ilə əlaqədar mətbuat məlumatında bildirilib.

Qeyd edilib ki, ölkəmiz növbəti 3 il müddətində Hərəkatın “sədrlik Troykası”nda yer alacaq.

"Troyka üzvü qismində də Azərbaycan Hərəkatın beynəlxalq nüfuz və mövqelərinin gücləndirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək", - məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə