Zərərçəkmiş: “Ermənilər bizə qarşı amansızlıq edərək camaatı qırırdılar”
“Doğulan gündən işğal gününə qədər Meşəlidə yaşamışam. Bu zaman 10 yaşım var idi. 1998-ci ildə isə cəmi 7 yaşım olsa da, bəzi şeyləri xatırlayıram”. SİA xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışında zərərçəkmiş Elnarə Mehrəliyeva məktubunda deyib.
O, sözlərinə belə davam edib: “Valideyn və qohumlarımdan eşitdim ki, ermənilər bizə qarşı amansızlıq edərək camaatı qırırdılar. 1991-ci ildə 10 yaşım var idi. Çox çey yadımdadır. Ermənilər bizim kəndə tez-tez açıq hücumlar edərək camaatımızı qırmağa çalışırdılar. Onlar kimliyindən asılı olmayaraq azərbaycanlıları öldürür və bizi evlərimizdən didərgin salmağa çalışırdılar.
Bizim kəndə tez-tez hücumlar olurdu. Kənd camaatı da müdafiə dəstəsi yaratmışdı. Eşitdiyimə və gördüyümə əsasən deyə bilərəm ki, kənd müdafiə dəstəsinə kömək olaraq 10 nəfər könüllü olaraq milli ordunun dəstələri gəlmişdi. Onlar da kəndin müdafiəsində iştirak edirdilər”.
Qeyd edək ki, bu ifadə 19 noyabr 2007-ci ildə alınmışdır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB