“Müstəmləkə ölkələrdə süni şəkildə “fransızlaşdırma” - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ
““Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans dünyanın hələ də daşıdığı ağır problemlərdən birinin kökünün tamamilə kəsilməsi yönündə yeni bir prosesin başlanğıcıdır. Çox təqdirəlayiq haldır ki, bu cür əhəmiyyətli prosesin başlanması məhz Bakının, Azərbaycan Respublikasının adı ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
A.Quliyev bildirib ki, dünyada insan haqları çətiri altında müxtəlif ölkələrin daxili işlərinə müdaxilə etməyi özündə “hobbi”yə çevirmiş Fransa müstəmləkə kimi bəşəriyyət tarixində bir ləkə olaraq qalmış prosesini davam etdirir: "Bəşəriyyət tarixində müstəmləkə adlandırılan ləkə keçmişdə daha çox mövcud olsa belə, hələ də bu ləkəni yaşadan dövlətlər var onlardan birincisi Fransadır.
Fransanın müstəmləkə əsarətindən azad olmaq istəyən ölkələrin Bakıda müvafiq konfransda toplanması olduqca əhəmiyyətlidir. Həmin ölkələr açıq şəkildə bildirirlər ki, Fransanın müstəmləkəçiliyindən yaxa qurtarmaqda çətinlik çəkirlər. Fransa bu ölkələrin təbii sərvətlərini istismar edir, onların milli-mənəvi dəyərlərini məhv edir. Hətta öz doğma dillərində danışmağa belə imkan vermir. Həmçinin bu ölkələrdə süni şəkildə “fransızlaşdırma” siyasəti həyata keçirilir.
Bu gün sivil dünyanın bəşəriyyətə və insanlığa qarşı cinayət hesab etdiyi bəzi faktlar təəssüf ki, Fransanın dövlət səviyyəsində müstəmləkə ölkələrində həyata keçirilir. O cümlədən, gizli nüvə silahları, qadağan edilmiş tibbi əməliyyatlar və s. də bu ölkələrdə Fransa tərəfindən tətbiq edilir. Bütün bunlar isə haqlı narazılıq doğurur.
Ən yadda qalan məqamlardan biri müstəmləkə əsarətindən çıxmaq istəyən ölkələrin bu hədəfə doğru olan yolda Azərbaycanın himayəsinə söykənmə istəkləridir. Çünki bu prosesi məhz Azərbaycan başladıb. Konfransda çıxış edən ölkələrin nümayəndələri açıq şəkildə ifadə edirdilər ki, bu məsələnin BMT müzakirələrinə çıxarılmasında olduqca ümidlidirlər və bu işdə Azərbaycanın dəstəyinə çox böyük ümid edirlər.
Hesab edirəm ki, Azərbaycanın da gücü və təsiri yetər ki, dünyanın bir çox xalqlarının azadlığa qovuşması üçün məsələnin BMT çərçivəsinə çıxarılmasına dəstək versin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB