ABŞ-Avropa İttifaqı sammitinin birgə bəyanatı

Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təşviqinə sadiqdir
ABŞ-Avropa İttifaqı sammitinin birgə bəyanatı

Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təşviqinə sadiqdir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ABŞ-Avropa İttifaqı sammitinin birgə bəyanatında deyilir.

"Biz Ermənistan və Azərbaycan arasında suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında davamlı sülhün təşviqinə sadiq qalırıq", - deyə qeyd olunub.

Xatırladaq ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini bu ayın sonuna qədər Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştiraka dəvət etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə