"İlham Əliyev nəyi, necə nə zaman etməli olduğunu sübuta yetirib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"İlham Əliyev nəyi, necə nə zaman etməli olduğunu sübuta yetirib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Prezident İlham Əliyev regional çətin geosiyasi spesifikaya baxmayaraq milli maraq və mənafelərimizi prinsipiallıqla qorumuşdur". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin məhz elə müharibə dövründə dilə gətirdiyi fikirlər öz təsdiqini tapdı, gerçəkləşdi: "Əlbəttə ki, Prezident İlham Əliyev nəyi, necə nə zaman etməli olduğunu praktiki nəticələrlə sübuta yetirmişdir. Çünki zamanın axarında hansısa bir prosesləri gec həyata keçirtmək faciəvi sonluqla nəticələnə bilər və yaxud hansısa prosesləri tələsdirmək və çox erkən şəkildə bu işləri icra etməkdə öz doğru nəticəsini verməyə bilər. Məhz elə doğru zamanın seçilməsi və hansı metod, taktika və strategiya ilə bu işin icrasını həyata keçirməli olduğunun ən gözəl nümunəsini məhz elə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz fəaliyyəti ilə sübuta yetirmişdir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə