“Qvianadada insan hüquqları pozulur” - Maurice Pindard

“Qvianadada insan hüquqları pozulur” - Maurice Pindard

“Qvianadada insan hüquqları pozulur”. SİA xəbər verir ki, bu sözləri Fransız Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Maurice Pindard Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Fransa BMT-nin xalqların öz müqəddəratını təyin etmək hüququnu tanımır: “Bizim elektrik enerjisi, təhsil, su və bir çox şeyə çıxış imkanımız yoxdur. Fundamental hüquqlarımız yoxdur. Ona görə də yoxsulluq içərisində yaşayırıq. Minlərlə insan yolsuzdur. Sadəcə, bəzi insanlar təcili yardım xidmətindən istifadə edə bilir. Bir hava yolumuz vardı, onu da ləğv edirlər.

Neokolonializm bu gün ölkələr qarşısında ciddi problemdir. Çünki böyük iqtisadi, siyasi təsirləri var. Bu gün yeni növ müstəmləkəçilik siyasəti mövcuddur. Amerikalılar, britaniyalılar, niderlandlılar, fransızlar hələ də müstəmləkəçilik siyasəti aparırlar və bunu gizlədirlər. Fransada müstəmləkə statusumuz belə yoxdur, amma müstəmləkə münasibəti gördüyümüz reallıqdır. Hazırda Fransa ordusu insanlarımızı ərazidən çıxarır. Burada siyasi dominantlıqdan söhbət gedir. Parlamentdə sadəcə iki deputatımız var. Fransa qanunlarını polis gücü ilə tətbiq edir. Ərazimizdəki qızılları çıxarıb aparır. Yetərli təbii sərvətlərimiz olsa da, Fransadan gələn neftdən istifadə etməliyik. Fransa şirkətləri təbii sərvətlərimizi istismar edir, ona görə də bizə gəlir verən heç nə qalmır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə