"Azərbaycanın heç bir zaman başqa dövlətlərin ərazisində gözü olmayıb” - DEPUTAT FİKİR BİLDİRDİ
“Otuz ildən artıq bir müddətdir ki, bütün Azərbaycan xalqı qələbəni, doğma yurda qayıtmağı gözləyirdi. Məhz ölkə başçısının rəhbərliyi ilə güclü Azərbaycan ordusu torpaqlarını düşmən işğalından azad etdi və qısa bir müddət ərzində Vətənə qayıdışla bağlı tədbirlər görülməyə başladı. Cənab Prezidentin sərəncamı ilə 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edildi. Məhz dövlət başçısının rəhbərliyi ilə də qəbul edilən proqram çərçivəsində işlər sürətli və uğurla davam etdirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurma və bərpa işləri aparılır: “Təbii ki, işlərin bu cür geniş maştapda həyata keçirilməsi üçün ilkin növbədə düzgün şərait yaradılmalı idi. Hansı ki, təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar olaraq işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesinə başlanıldı. 100 min hektardan artıq ərazi minalardan təmizlənib, bu da Qarabağ və Şərqi Zəngəzurda tikinti və quruculuq işlərinin davamiyyətini gücləndirir.
Görülən işlərin nəticəsi olaraq 2022-ci ilin ortalarından işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla əlaqədar köç başladı. 2715 nəfər soydaşımız artıq öz ata-baba yurdlarında məskunlaşıb və bu istiqamətdəki işlər planlı şəkildə davam etdirilir.
Görüləcək işlər içərisində 20-dən artıq yol layihəsi var idi ki, onlardan ən böyük altısının yenidənqurması bərpa edilib. Dəmiryolu ilə bağlı da tikinti işləri uğurla davam etdirilir. Eyni zamanda 12 yeni su elektrik stansiyası və yarımstansiyalar istifadəyə verilib. Məhz bu cür infrastruktur qurulmasaydı, orada nə tikinti işləri aparıla bilərdi, nə də vətəndaşların rahat şəkildə yaşayışı təmin edilə bilərdi.
Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərə tez-tez səfərlərinin baş tutması, görülən işlərə birbaşa nəzarət etməsi yenidənqurma işlərinin vaxtından tez bitməsinə şərait yaradacaq. Bu ilin sonuna qədər 1400 ailənin işğaldan azad edilmiş ərazilərə köçü nəzərdə tutulub. Bu isə təxminən 5000-dən artıq vətəndaşın öz ata-baba yurdlarına qayıtması deməkdir.
15 oktyabr tarixində cənab Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ili tamam oldu. Bu illər ərzində həqiqətən də Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətli işlər görülüb. Onların içərisində isə ən böyük uğur torpaqlarımızın suverenliyinin təmin edilməsidir. Cənab Prezidentin Xocalı, Xocavənd, Xankəndində Azərbaycan bayrağını ucaldaraq xalqa müraciəti Ermənistan və onun havadarlarına mesajdır ki, Azərbaycan torpaqlarının suverenliyini öz gücü hesabına, beynəlxalq hüquqlara söykənərək bərpa edib. Azərbaycanın heç bir zaman başqa dövlətlərin ərazisində gözü olmayıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB