“Avropa Parlamenti korrupsiyalaşmış bir qurumdur” - MÜNASİBƏT BİLDİRİLDİ

“Avropa Parlamenti korrupsiyalaşmış bir qurumdur” - MÜNASİBƏT BİLDİRİLDİ

"Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi heç bir hüquqi qüvvəsi yoxdur. Avropa Parlamenti əslində nüfuzunu itirmiş və hansısa bir real təsir imkanları olmayaq siyasi propoqandist qurum kimi xarakterizə edilir. Sirr deyil ki, Avropa parlamentiləri erməni lobbisinin çirkli pullarından uzun müddətdir qidalanır. Zaman-zaman Azərbaycana qarşı riyakar bəyanatlar sələndirmələrinin arxasında da bu dayanır. Avroparlemntin məlum sənədini “gic-bic” qətnamə hesab etmək olar. Təsəvvür edin, qurum özü hansısa sanksiya tətbiq etməyəcəyini deyir, guya özünü sığortalamağa çalışır, amma ayrı-ayrı Avropa dövlətlərinə sanksiya haqda düşünməyi tövsiyə edir. Avropanın əksər dövlətləri bu gün Azərbaycanın neft-qaz tərəfdaşıdır və ondan enerji asılılığı var. Siyasi baxımdan Azərbaycan tam korrekt və haqlı tərəfdir. Hansı ağlı başında olan dövlət öz suverenliyini bərpa etdiyinə, separatizmə, terrorçuluğa son qoyduğuna görə Azərbaycana qarşı sanksiya haqda düşünər?! Bu sadəcə axmaq bir çağırışdır. Hətta Fransa kimi qərəzli bir dövlətin xarici işlər naziri də bəyan etdi ki, Azərbaycana qarşı sanksiyalar gündəlikdə yer almır. Bunun özü Avropa Parlamentinin nə qədər eybəcər bir qurum olmasının əyani sübutudur”. Bu sözləri SİA-ya açıqlamasında “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru, siyasi şərhçi Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: “Avropa Parlamenti Azərbaycanın həbs etdiyi caniləri, terror törətdiyini, Gəncədə dinc sakinlərə raket atmaq əmrini verdiyini deyən Araik Arutyunyanı, separatizmi maliyyələşdirən Ruben Vardanyanı “siyasi xadim” kimi təqdim edir, onlara azadlıq istəyir: “Avropada hansı dövlətdə separatçı, terrorçu siyasi xadim sayılır? Belə nümunələri varsa, özlərinə tətbiq etsinlər. Azərbaycan rəsmən bəyan edib ki, onun ərazisində Dağlıq Qarabağ adlı ərazi yoxdur. Əsassız qətnamədə “Dağlıq Qarabağ” adı yer alır, ermənilərin təhlükəsizliyindən “narahatlıq” duyulur. Məgər kordurlar, kardırlar ki, reinteqrasiya prosesində ermənilər özləri heç bir təhlükəyə məruz qalmadıqlarını deyirlər?! Hesab edirəm ki, Avropa Parlamenti korrupsiyalaşmış bir qurumdur və orada ciddi islahatlara ehtiyac var. Belə bir qurum Avropa adına rəzalətdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə