"Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində güclü ordumuzun, gücü igid əsgər və zabitlərinin qəhrəmanlığı və xalqımızın "dəmir yumruq" kimi birliyi sayəsində tarixi zəfərimizə imza atdıq. Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapan əsas müddəalardan biri Ermənistan silahlı birləşmələrinin qalıqlarının ərazilərimizdən çıxarılması idi. Təəssüflər olsun ki, 3 ilə yaxın dövrdə Ermənistan bu sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində səylər göstərməmiş, törətdiyi təxribatlarla hələ də 30 illik işğal dövrünün ab-havası ilə yaşadığını təsdiqləmişdir. Artıq gözləmək vaxtı deyildi. Ali Baş Komandan baş verən terrorla bağlı Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı". Bu fikri Milli Məslisin deputatı Məşhur Məmmədov SİA-ya açıqlamasında deyib.
Milət vəkili onu da vurğulayıb ki, sentyabr ayının 19-da Ali Baş Komandanımızın yenə də "Dəmir Yumruq" siyasəti ilə həyata keçirilmiş lokal antiterror tədbirləri Azərbaycanın öz ərazilərinin bütövlüyü uğrunda apardığı ədalətli savaşın son və ən parlaq nöqtəsini qoydu: "24 saat belə çatmayan zamanda Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydu, döyüş mövqelərindən və hərbi postlardan çıxdı və tam şəkildə tərksilah olundu, ərazimizi tərk etdi. Eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnika, o cümlədən 90-dan artıq döyüş mövqeyi və bir sıra strateji əhəmiyyətli obyektlər nəzarətə götürüldü, həmçinin xeyli sayda avtomobil, tank və minaatan və piyada döyüş maşınları qənimət kimi götürüldü. Sözsüz ki, nəticə belə olmalı idi. Çünki biz haqq yalundayıq".
Millət vəkili onu da bildirib ki, Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı sülhün əldə olunması ilə bağlı artıq zaman yetişib: "Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. 20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır".
Məşhur Məmmədov onu da qeyd edib ki, Qarabağda yaranan yeni reallıq Azərbaycan dövlətinin, onun ali rəhbərliyinin, ordusunun ardıcıl hərbi və siyasi qələbələrinin nəticəsidir: "200 ildən artıq müddətdə bizə miras kimi qalan Qarabağ problemi artıq mövcud deyil. Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik və hərbi qələbələri, dəmir siyasi iradəsi Azərbaycan xalqını, gələcək nəsillərimizi bu ağır yükdən birdəfəlik xilas etdi. Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının söylədiyi kimi: "20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır".
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB