“Yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri torpaqlarımız azad edildikdən dərhal sonra başladı. Uzun illər həsrətini çəkdiyimiz torpaqlarımızın qısa müddət ərzində abadlaşdırılması üçün işlər sürətlə davam etdirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın hər yerində Prezident İlham Əliyev dövrü davam edir: “Yəni Azərbaycanın nəinki azad edilmiş torpaqlarında, ümumilikdə bütün ərazilərində quruculuq işləri görülür, şəhər və rayonlarımız müasir dünya ilə ayaqlaşır.
Eyni zamanda vaxtilə ermənilər tərəfindən talan edilib dağıdılan faydalı qazıntı yataqları, təbii sərvətlərimizin də yenidən dirçəldilməsi, bərpa işləri aparılır.
İlk məsələ işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin aparılmasıdırsa, ikinci məsələ də bu işlərin sürətli şəkildə həyata keçirilməsidir. Prezident İlham Əliyev tez-tez həmin ərazilərə səfər edərək, görülən işlərlə tanış olur və açılışlar edir. Bütün bunlar göstərir ki, qısa bir müddət ərzində işğaldan azad edilmiş bütün ərazilər abadlaşacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB