“Gəncə terrorçuları bir-bir məsuliyyətə cəlb olunacaq” - MÜNASİBƏT BİLDİRİLDİ

“Gəncə terrorçuları bir-bir məsuliyyətə cəlb olunacaq” - MÜNASİBƏT BİLDİRİLDİ

“Məlumdur ki, erməni terrorçuları Gəncəyə Vətən müharibəsində beş dəfə raket və ağır artilleriyalardan hücum ediblər. Nəticədə 26 vətəndaş şəhid olub, 145 vətəndaş yaralanmışdı”. Bu sözləri SİA-ya açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.

Onun sözlərinə görə, birinci dəfəki hücumdan və digərlərindən sonra o vaxtkı Ermənistan rəhbərliyi məsuliyyəti üzərindən atmaq üçün dəridən-qabıqdan çıxırdı: “Eyni zamanda bu gün Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən yaxalanan Qarabağdakı hərbi rejimin başçısı Arayik Arutyunyan isə Gəncəyə hücum göstərişinin onun tərəfindən verildiyini öz üzərinə götürmüşdü. O hesab edirdi ki, bu hücum cəzasız qalacaq. Arutyunyan sanki bu hücumu öz avtobioqrafiyasına bir qürur məqamı kimi qeyd edirdi. Artıq tarix öz ibrət dərsini göstərməkdədir. Çox da uzaq olmayan bir zamanda Gəncə terrorunun qatilləri, səbəbkarları və hərbi cinayət törətmiş şəxslər bir-bir yaxalanaraq müvafiq şəkildə məsuliyyətə cəlb olunurlar.

Ümid edirik ki, onların çıxarılacağı hərbi məhkəmədə Gəncəyə olan bu terror aktları ilə bağlı da cavab verəcəklər. Müvafiq maddələrlə o vaxtdan cinayət işi açılıb və bugün ermənilərin müdafiəsi ilə bağlı beynəlxalq miqyasda, xüsusilə Avropada canfəşanlıq edən ölkələrin təmsilçiləri də bu məhkəmədən özləri üçün bir dərs götürəcəklər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə