Hakan Fidan terrorçular barədə açıqlama verib

Hakan Fidan terrorçular barədə açıqlama verib

"Terrorçular hərəkətlərinə görə peşman olacaqlar". SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"İraq və Suriyada PKK və YPG-yə məxsus bütün infrastruktur və üst quruluş obyektləri Türkiyə təhlükəsizlik, silahlı qüvvələr və kəşfiyyatının qanuni hədəfləridir. İnsanları PKK/YPG obyektlərindən və şəxslərdən uzaq durmağı tövsiyə edirəm", - deyə XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Ankarada terror aktı törədən 2 terrorçu ilə bağlı yeni məlumatlar üzə çıxıb. O, terrorçuların Suriyadan gəldiyini və kimliklərinin müəyyən edildiyini bildirib.

Qeyd edək ki, oktyabrın 1-də Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində bir neçə polis əməkdaşı yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə