Niyə Əli Kərimli Vardanyanı Qubad İbadoğlu ilə müqayisə edir? ANALİZ
AXCP sədri Əli Kərimli anormal mövqeyi, sərsəm ifadələri, yersiz təklif və ideyaları ilə cəmiyyətdə özü haqqında qeyri-ciddi partiya sədri imici formalaşdırıb. Bu baxımdan, onun söylədiklərinə, dilə gətirdiklərinə ictimaiyyət önəm vermir. Dəfələrlə sosial şəbəkələrdə Ə.Kərimli haqqında yazılan "Əli Kərimli psixoloji tramva alıb", yaxud da "it hürər karvan keçər", başqa bir sosial şəbəkə istifadəçisi isə "Əli bəyi danışdıran Sorosun pullarıdır" və bu kimi digər ittiham xarakterli ifadələrə rast gəlmişəm. İndi də Ə.Kərimli daha bir anormal statusu ilə gündəmə gəlməklə özünü rüsvay edir. Deyir ki, Qubad İbadoğlu, Nazim Baydəmirli, Niyaməddin Əhmədov, Bəxtiyar Hacıyev Ruben Vardanyanla eyni məsuliyyəti bölüşürlər: "Sizcə, Azərbaycan hakimiyyəti Ruben Vardanyanı tez azad edəcək, yoxsa Niyaməddin Əhmədovu?...Əsl biabırçılıq onda olar ki, Ruben Vardanyan azad olandan sonra da Niyaməddin Əhmədov, Qubad İbadoğlu, Nazim Bəydəmirli, Bəxtiyar Hacıyev, Elxan Əliyev, Əlizamin Salayev və digər siyasi məhbuslar həbsdə qala. Ümid və tələb edək ki, hakimiyyət bu biabırçılığı bizə yaşatmasın, siyasi məhbusların hamısını azad etsin".
Ə.Kərimli və ətrafında olan trollar cəmiyyət maraqlarına yönəlik fəaliyyətdən və çıxışlardan uzaqdırlar
Sosial şəbəkələrdə özünü "bilikli" və "savadlı" hüquqşünas kimi reklam etməyə çalışan Ə.Kərimli anlamır ki, cinayətkar elə cinayətkardır. Sadəcə fərq ondadır ki, biri az, digəri isə ağır cinayət törədir. Ruben Vardanyan, Arayik Arutunyan və digərləri insanlığa və bəşəriyyətə yönəlik cinayət törədiblər, Niyaməddin Əhmədov, Qubad İbadoğlu, Nazim Bəydəmirli, Bəxtiyar Hacıyev, Elxan Əliyev, Əlizamin Salayev və digərləri qanunvericiliyin tələblərini pozmaqla cinayət törədiblər. Təbii olaraq məhkəmənin geniş və əhatəli araşdırmalarından sonra hər kəsə haqq etdiyi cəza veriləcək. Ona görə də Ə.Kərimlinin müqayisəsi yanlış və kimlərinsə maraqlarına xidmət edir. Həm də təsdiq edilir ki, Ə.Kərimli əslində, bir pozuculuq xətti götürüb, onu inkişaf etdirməyə cəhd edən şəxsdir. Lakin yuxarıda qeyd etdiyim kimi, cəmiyyət onun qara cizgilərdən ibarət olan şəxsi və siyasi fəaliyyətinə bələd olduğundan, statusunu anormal fikirlər kimi qəbul edirlər. Ümumiyyətlə, görünən ondan ibarətdir ki, Ə.Kərimli və ətrafında olan trollar cəmiyyət maraqlarına yönəldilmiş fəaliyyətdən və çıxışlardan uzaqdırlar. Hər zaman çalışırlar ki, cəmiyyətimizdə bir gərginlik yaransın, insanlar bədbin və narahat olsunlar.
Gültəkin Hacıbəyli özünü ağıllı göstərməyə cəhd edir
Dağıdıcı müxalifətin əsas simalarından olan Cəmil Həsənli, Əli Kərimli, Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı və digərləri qeyri-ciddi, anormal fikirlər yaymağa adət ediblər. Bir növ onların fəaliyyət tərzinə çevrilib. Fikir verin, Azərbaycan Qarabağda unikal antiterror tədbirləri keçirdi, dağıdıcı ünsürlər qələbəmizə kölgə salmağa xidmət edən açıqlamalar yayırlar. Sanki ermənilərin məğlubiyyətə düçar olmasından pərişan olublar. Qınayan, ittiham edən olmasa Arayikin, Vardanyanın, Saakyanın və digər terrorçuların həbsinə görə üzüldüklərini dilə gətirər və sosial şəbəkələrdə onların müdafiə olunması üçün çağırışlar edərlər. Əgər sabah belə bir çağırış olsa, təəccüblü görünməyəcək. Çünki erməni lobbisindən maddi və mənəvi dəstək alanlardan hər cür erməni təəssübkeşliyindən çıxış edərlər. Hələlik isə, cəmiyyətdə erməni maraqlarını ifadə edən məlumatlar paylaşırlar. Sanki erməni katalikosu Qaragendən Azərbaycan dövlətinə və xalqına qarşı qərəzli informasiyalar yaymaq, şər və böhtanlar səsləndirmək üçün xeyir dua almış kimi özünü cəmiyyətə təqdim edən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin sərsəm açıqlamalar yaymasını göstərmək olar. Bu məxluq öz ağlı əsasında iddia edir ki, guya cəmiyyətdə böyük güvənsizlik problemi var: "Yalançının evi yandı, heç kim inanmadı misalını hamınız bilirsiniz. Azərbaycan hakimiyyəti papağını qarşısına qoyub düşünsün: gör bu xalqın inamını necə qırıb, güvənini necə sarsıdıb ki, ermənilərin Qarabağdan kütləvi köç etməsinə, bütün dünyanın "Dağlıq Qarabağ bitdi" deməsinə, Azərbaycan ordusunun, hüquq-mühafizə orqanlarının yuxarı Qarabağı tam nəzarətə götürməsinə rəğmən cəmiyyətin önəmli bir kəsimi hələ də qələbəmizə inanmır, burada bir hiylə, tələ, təxribat, rus barmağı axtarır. İnsanlar gözləri ilə gördüklərinə belə inana bilmirlər. Böyük güvənsizlik problemi var cəmiyyətdə. Xalq bu hakimiyyətin onun üçün hansısa faydalı iş gördüyünü, ölkənin mənafeləri üçün çalışdığını təsəvvür edə bilmir".
Vay xalqdan ayrı düşüb, erməni dəyirmanına su tökənlərin halına
Müəyyən məqamlarda Ə.Kərimlinin qoltuqağacı funksiyasını yerinə yetirən G.Hacıbəyli dayaz, məntiqsiz fikirləri fonunda öz təbirincə hakimiyyətə məsləhət verib, çıxış yolu da göstərir: "Hakimiyyət təmsilçilərinin yerinə olsam bundan ciddi narahatlıq duyardım. Əsla yaxşı əlamət deyil və toplumun içində yığılmış aqressiv enerjinin səviyyəsinin göstəricisidir. Belə görünür ki, bu enerjini erməni işğalçıları üzərində mütləq qələbə də boşalda bilməyəcək. Xalqın güvənini qazanmaq üçün, ilk öncə, o xalqa dəyər verdiyinizi hiss etdirməlisiniz".
G.Hacıbəylinin bu fikirləri öz ağlının məhsulu olmadığı şübhəsizdir. İkinci isə, bu xanım hələ də anlamır ki, xalqın hansı hisslər keçirdiyini sən duya bilməzsən. Çünki sən və bağlandığın məkrli dairələr bütövlükdə erməni ruhuna bürünüblər. Ermənilərin məğlubiyyətin nəticəsi olaraq qapandığı sarsıntı, depressiya və üzgünlük sizlərə də şamil olub. Ona görə də Azərbaycan xalqının necə qürurlandığını, sevinc və xoşbəxt anlar yaşadığını sizlər hiss edə bilməzsiniz. Bu baxımdan, vay xalqdan ayrı düşüb, erməni dəyirmanına su tökən sizlərin halına.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə