Çin və Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir, ənənəvi dostluğu möhkəmləndirir - SƏFİR

Çin və Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir, ənənəvi dostluğu möhkəmləndirir - SƏFİR

Əsası 31 il əvvəl qoyulan Çin-Azərbaycan diplomatik münasibətləri beynəlxalq vəziyyətin dəyişməsi fonunda zamanın sınağından çıxıb. Ölkələrimiz yorulmadan siyasi etimadı və strateji koordinasiyanı gücləndirir, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir, ənənəvi dostluğu möhkəmləndirir. SİA xəbər verir ki, bu fikirləri Çinin Azərbaycandakı səfiri xanım Quo Min sentyabrın 28-də Çinin milli bayramı - Çin Xalq Respublikasının yaradılmasının 74-cü ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirib.

Ölkələrimizi möhkəm dostluq, tərəfdaşlıq və ortaq talenin birləşdirdiyini diqqətə çatdıran səfir deyib: “Ötən ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti zamanı Çin Sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında uğurlu görüş keçirilib və ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib. Bu ilin əvvəlindən etibarən yüksək səviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə