“Azərbaycan uğurları ilə diqqəti cəlb edən dövlətlərdən biridir” - ŞƏRH EDİLDİ
“Azərbaycan özünün vaxtaşırı dövlətçilik uğurları ilə dünyada diqqəti cəlb edən dövlətlərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, neft siyasəti, 44 günlük müharibədə vəziyyətin kökündən dəyişməsi, Qoşulmama Hərəkatına 5-ci ildir uğurla rəhbərlik edilməsi dünya tərəfindən rəğbətlə qarşılanır: “Bir dövlətin 24 saat ərzində ərazisində separatçı rejimə son qoyması dünyada bir dövlətin öz gücünə arxalanaraq nələr edə biləcəyinə bir nümunə yaratdı. Dünyanın Kütləvi İnformasiya Vasitələri Azərbaycanın bu qələbəsindən yazırlar.
Dostlar sevinir, Azərbaycanı beynəlxalq birlikdən tanıyan ölkələr bu məlumatı həvəslə yayırlar. Dostlarımızla yanaşı, Azərbaycana düşmənçilik münasibəti bəsləyən xaricdə müəyyən dairələr də var. Əlbəttə onlar Azərbaycanın bu qələbəsini başqa rəngdə verməyə çalışır və çalışacaq. Amma bunun heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan öz hüquqlarını bilir, suveren hüquqlarını uğurla müdafiə edir. Azərbaycanın bu qələbəsi beynəlxalq hüququn işləməsinin vacibliyini göstərdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB