“İranın manipulyasiya cəhdləri qəbuledilməzdir” - POLİTOLOQ ŞƏRH ETDİ

“İranın manipulyasiya cəhdləri qəbuledilməzdir” - POLİTOLOQ ŞƏRH ETDİ

“İranın Zəngəzur dəhlizini əngəlləməyinin heç bir siyasi, iqtisadi məğzi ola bilməz. Hamıya bəllidir ki, İran prosesə sırf ideoloji baxımından yaxınlaşdığı üçün qısqanclıq göstərirdi. Əslində isə Zəngəzur dəhlizi hazırda dünyanın sanksiya məngənəsində boğulan, İranın özü üçün iqtisadi alternativ olub, yeni bir nəfəslik formalaşdıra bilər. Amma İran sırf türk dünyanın logisti və nəqliyyat-kommunikasiya baxımından birləşməyinə, Azərbaycanın Navçıvanla quru yolunun yaranmasını həzm edə bilmirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu səbəbdən də prosesi əngəlləyirdi: “Amma hazırda Azərbaycan və Türkiyə konkret fakt qoyub ki, Ermənistan Zəngəzur məsələsində provakasiyalarını davam etdirərsə, bundan yararlana bilməyəcək. Bu da Ermənistanın öz iqtisadiyyatı baxımından sərfəli olmayacaq. Belə olan təqdirdə İran ərazisindən Zəngəzur dəhlizi Naxçıvana keçəcək.

Hər halda İran əvvəldən bilirdi ki, Azərbaycanın bununla bağlı alternativ fikirləri var. Hesab edirəm ki, bundan sonra İranın bu məsələ ətrafında hansısa manipulyasiya cəhdləri qəbuledilməzdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə