“Ermənistan-Rusiya münasibətləri kəskinləşəcək” - POLİTOLOQ FİKİR BİLDİRDİ
“Paşinyan hakimiyyətə gəldikdən sonra Qərb yönümlü siyasət yürütməyə başladı və ardıcıl olaraq apardı. Xüsusilə də keçən ilin sonunda İrəvanda keçirilən sammit və bu ilin əvvəlində müxtəlif səbəblərlə Rusiya ilə əlaqələri gərginləşməyə başladı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Paşinyan hazırda açıq bəyanatlar verərək, Rusiyanın onların təhlükəsizliyinə təminat vermədiyini deyərək, onlardan uzaqlaşdığını bildirir: “Eyni zamanda İrəvan öz siyasətində Qərbə daha isti münasibət bəsləyir. Bu istiqamətdə isə onlara Fransa dəstək olur. Lakin Fransa və Amerikanın onlara olan dəstəyi lazımi səviyyədə deyil. Bu gün Cənubi Qafqazda baş verən hadisələr birbaşa Ermənistanın apardığı siyasətin əksinədir. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini düzgün qurarsa, gələcəkdə iqtisadi baxımdan inkişaf edəcək. Lakin o bunun tam əksinə addımlar atır. Ermənistan tezliklə bizimlə sülh müqaviləsi imzalayarsa, inkişaf etməsi üçün şans yaranar. Rusiya ilə Ermənistan arasında isə münasibətlər yaxşı vəziyyətdə deyil və daha da kəskinləşəcəyi gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB