"Müharibənin yaxın zamanda yekunlaşması gözlənilmir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Rusiya-Ukrayna müharibəsində vəziyyət getdikcə daha da şiddətlənir. Bu gecə Ukrayna silahlı qüvvələrinin raket zərbəsi ilə Rusiyanın Qara dəniz donanması darmadağın edilib. Bu raket zərbəsi nəticəsində Rusiyanın Qara dəniz donanmasının komandanı öldürülüb. Bundan başqa 34 rus zabiti məhv edilib və 105 nəfər hərbi qulluqçu yaralanıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, buna cavab olaraq Rusiya silahlı qüvvələri Odessa şəhərinə raket zərbələri endirib və onların vağzal binası dağıdılıb: "Yəni, müharibə daha da şiddətlənir. Artıq Baydenin Ukraynaya F16-ların və tankların verilməsi ilə bağlı göstərişlər verib. ABŞ vaxtında bu silahları və tankları Ukraynaya versəydi, Ukrayna öz torpaqlarını çoxdan azad etmişdi. Çünki Rusiya bu silahların qarşısında aciz olacaqdı. Ona görə də sülh danışıqları barədə söhbət getmir". Politoloq sözlərinə davam edərək bildirib ki, Lavrov BMT 78-ci sessiyasında iştirakı zamanı verilən suala cavab olaraq bildirib ki, Rusiya Ukrayna ilə danışıqlar aparmağa hazırdır, amma atəşkəs haqqında söhbət gedə bilməz: "Zelenski isə Rusiya ilə heç bir danışığın olmayacağını vurğulayıb. Müharibənin yaxın zamanlarda yekunlaşması gözlənilmir".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB