“Bu qələbə Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir” - ŞƏRH
“Azərbaycan ordusu Qarabağda 23 saatlıq lokal antiterror tədbirləri həyata keçirməklə separatizmlə mübarizədə ən uğurlu zəfər qazandı”. Bu fikirləri SİA-ya açıqlamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev deyib.
Onun sözlərinə görə, Qarabağda erməni separatizminə bəzi xarici güclər, o cümlədən, Fransa tərəfində böyük dəstək göstərilirdi: “Bütün lazımı tədbirləri görməklə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev cəmi 23 saat ərzində Azərbaycan nümunəsi yaratdı. Bu qələbə Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir. Ordumuz daha böyük nümunəni onunla göstərdi ki, antiterror tədbirləri zamanı mülki əhalinin zərər görməməsinə çalışdı, bunun nəticəsi olaraq da mülki əhali arasında itki olmadı”.
H.Qarayev onu da bildirdi ki, 23 saatlıq antiterror tədbirləri zamanı Azərbaycan Ordusu kommunikasiyaları və yüksəklikləri nəzarətə götürdü: “Yüksək peşəkarlıq öz sözünü dedi. Əksər ərazilər separatçılardan təmizləndi və separatçılar ağ bayraq qaldırdılar. Parlaq antiterror tədbirləri ilə Azərbaycan Ordusu bütün dünyaya bir daha göstərdi ki, qarşısına qoyulan hədəfləri uğurla həyata keçirməyə qadirdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə