"Biz qələbə çalandan sonra bəyanata qoşulmaq lazım deyil" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Hazırda bizim ümummilli problemimiz həll olunur. Heç bir beynəlxalq qanunu pozmadan ədalətli addımlar atırıq. Üç ildir ki, səbrlə gözlədik, təkliflər verdik, görüşlərə dəvət etdik. Amma əfsuslar olsun ki, ermənilərin başında duran separatçılar bizimlə sülh yoluyla danışmaq istəmirlər". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, burada erməni xalqının günahı yoxdur: "Günah onları idarə edənlərdədir. Əslində, bildiyim qədərilə müxalifət partiyaları Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini dəstəkləyirlər. Hətta son zamanlar antiterror əməliyyatına yaman fikir verirdilər. İndi niyə belə edirlər anlamıram. Bugün vaxtları olmaya bilər. Amma gecikmək olmaz. Biz qələbə çalandan sonra bəyanata qoşulmaq lazım deyil. Onlarınkı atalar demişkən, "toydan sonra nağara" olmasın. Vaxtında dəstək olmaq lazımdır. Çünki bu bizim ümummilli problemimizin həlli üçün atılmış addımdır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə