Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya vacib yer tutur- Fərid Şəfiyev
“Azərbaycan ve Qazaxıstan arasında dostluq, qardaşlıq münasibətləri inkişaf edir”.
SİA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Qazaxıstan səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda dəyirmi masada BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Fərid Şəfiyev qeyd edib ki, bu ay Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiyaya səfəri gözlənilir: "Azərbaycanın xarici siyasətində, xarici əlaqələrində Mərkəzi Asiya vacib yer tutur. Bir sıra qarşılıqlı səfərlər həyata keçirilir. Bu yaxınlarda Özbəkistan Prezidenti ölkəmizə səfər edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB