"Əgər Ermənistan tərəfi təxribatlarına davam edərsə..." - HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Əgər Ermənistan tərəfi təxribatlarına davam edərsə..." - HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

Məlumdur ki, Ermənistanın təxribatçı əməllərinin ardı-arası kəsilmir. Elə bir neçə saat öncə də Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bəs, Ermənistanın bu təxribatçı əməllərinə hansı adekvat cavab verilməlidir? SİA mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, Ermənistan müharibədən sonra dəfələrlə təxribatlara yol verib: "Ermənistanın təxribatçı əməllərinin qarşısı daim qətiyyətlə alınıb: "Düşünürəm ki, bu dəfə də vəziyyət fərqli olmayacaq. Əgər Ermənistan tərəfi təxribatlarına davam edərsə, 2021-ci ilin Sentyabr hadisələri təkrarlana bilər".

Ədalət Verdiyev sözlərinə belə davam edib: "Erməni təxribatlarının qarşısının effektiv alınması üçün Azərbaycan tərəfi atəş açan düşmən mövqelərini darmadağın etməli, əgər mövqelər bizim üçün əhəmiyyət daşıyırsa, həmin mövqelərin üzərində Azərbaycan bayrağı qaldırılmalı və həmin mövqelərdə Azərbaycan əsgəri yerləşdirilməlidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə