“Qarabağda olan revanşist qüvvələr yollarının bağlandığını görürlər” - POLİTOLOQ ŞƏRH ETDİ

“Qarabağda olan revanşist qüvvələr yollarının bağlandığını görürlər” - POLİTOLOQ ŞƏRH ETDİ

“Arayik Arutyunyanın istefa verməsi ilə bağlı məsələ son zamanlarda aktuallaşmışdı və artıq istefa verməsi ilə bağlı məlumat tam təsdiqlənib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Arayik Arutyunyanın istefa verməsi isə sülh müqaviləsi məsələsinə təsir edəcək bir əhəmiyyət daşımır:

“Biz sülhü Arayik Arutyunyan ilə deyil, Ermənistan baş naziri Nikol Paşinyan ilə bağlamalıyıq. Yalnız bu formada Azərbaycana qarşı ərazi iddiaları və münaqişədən əl çəkə bilərlər.

Son dövrlər Qarabağda gedən proseslər də göstərir ki, orada olan erməni siyasi qurumları artıq yollarının bağlandığını görürlər. Hətta beynəlxalq ictimaiyyətin də Ermənistanın atdığı addımların şou olduğunu anlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Buna görə də Qarabağda olan revanşist qüvvələr ərazilərimizi tərk edirlər. Hətta Arayik Arutyunyan belə öz ailəsini Qarabağdan çıxarıb.

Qarabağda olan revanşist qüvvələr Azərbaycanla apardıqları münaqişənin heç bir fayda verməyəcəyini dərk ediblər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə