Erməni cəmiyyəti, erməni toplumu öz düşüncəsini də, baxışlarını da, ümumilikdə, yaşayışını da dəyişməlidir və ermənilər bilməlidirlər ki, nağılların təsiri altında, miflərdən asılı vəziyyətdə yaşamaq onlar üçün yaxşı heç nə vəd etmir. Əgər bundan əvvəl, məsələn, ötən əsrin sonları ilə bağlı hansısa nostaljiyə bənzər hissləri qalıbsa, hansısa qələbə əhval-ruhiyyəsini arzulayırlarsa, bu, onlara nəinki qələbə gətirər, məğlubiyyətdən də ağır başa gələr, tamamilə fəlakətə sürükləyər. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilərin qələbə adlandırdıqları, əslində isə, namərdcəsinə hücumla işğal strategiyası artıq işə yaramaz və bu, onlar üçün çox ağır nəticələrə gətirib çıxarar.
Ötən əsrin sonlarında hər şey fərqli idi və Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayışından, sonra da Ümummilli Liderin layiqli davamçısı cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən, hər bir istiqamətdə, xüsusən də, hərbi sahədə apardığı islahatlardan, qətiyyətli siyasət yürütməsindən sonra vəziyyət tamamilə dəyişdi və daha fərqli bir düzən ortaya çıxdı. Məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, xalqımızın birliyi, həmrəyliyi, Azərbaycan Ordusunun rəşadəti ilə işğala da son qoyuldu, özləri başa düşsələr, elə erməni xülyalarına da. Artıq haylar hansı vəziyyətdə olduqlarını görməlidirlər. Həm müharibədə qarşılaşdıqları rüsvayçı məğlubiyyətlərini, həm itkilərini, həm durumlarını, həm səfalət içərisində olmalarını, həm beynəlxalq müstəvidə hansı yerə qoyulduqlarını görüb nəticə çıxarmalıdırlar. Nəticə çıxarmalıdırlar ki, bu vaxta qədər etdikləri bir yana, bundan sonra ixtiyari bir səhv addım sonlarını vəd edə bilər.
Az qala üç ilə yaxındır ki, erməni cəmiyyəti nəinki müharibədə rüsvayçı məğlubiyyətini, heç böyük qardaşlarının onlara kömək etmədiyini də həzm edə bilmirlər. Dəfələrlə Ermənistanda bununla bağlı etirazlar, narazılıqlar olduğu, erməni mətbuatının belə durmadan rusları qınaması, onlara müharibədə niyə kömək etmədiyi barədə yazılar getdiyi, hələ də bu tipli yazıların dərc olunması təsdiq edir ki, ermənilər ruslardan “böyük qardaş” köməyi almadıqlarına görə onlardan çox narazıdırlar. Amma narazı olmaqdansa, reallığı görmək, dərk etmək daha yaxşı olardı. Yaxşı olardı ermənilər başa düşsünlər ki, ruslar onlara borclu deyillər və heç də onların yerinə ötən əsrin sonlarındakı kimi vuruşan, döyüşən deyillər. O zaman Rusiya da tamamilə fərqli vəziyyətdə və fərqli yanaşmada idi ermənilərə. Tutaq ki, bir vaxtlar Rusiyada içki alüdəçisi olan Boris Yeltsinin hakimiyyətdə olduğu zaman, onunla Levon Ter-Petrosyan “ortaq dil” tapa bilmişdisə, bu, o demək deyil ki, hazırkı Rusiya Prezidenti Vladimir Putinin boynuna dırnaqarası tarixi, müttəfiqlik öhdəliklərini tam şəkildə qoymağa və onu aldatmağa çalışan baş nazir Nikol Paşinyan da bunu bacara bilərdi, yaxud bunu etməli idi. Onsuz da ermənilərin elə 44 günlük müharibədə ən ağır vəziyyətlərində Paşinyan birbaşa Rusiyaya, şəxsən Vladimir Putinə yalvarışla müraciət etməsi dünya ictimaiyyəti üçün belə sirr deyil və elə sonda ermənilərin daha böyük fəlakətlərdən qurtarmaları da, məhz Rusiya prezidentinin işə qarışaraq, danışıqlar aparması sayəsində oldu və heç olmasa bunu unutmasınlar. Amma onu da unutmasınlar ki, Rusiya lideri Putinin Azərbaycan prezidenti cənab İlham Əliyevlə çox yaxşı münasibətləri var və bu münasibətləri hansısa erməni liderinə olan münasibətlə müqaisə belə etmək olmaz.
Gec də olsa ermənilər anlamalıdırlar ki, ötən əsrin sonlarındakı vəziyyətlə hazırki vəziyyət müqaisəyə gəlməz dərəcədə fərqlidir və həmin dövrdə hansısa quldur dəstələri, hansısa terroristlər, separatçılar nəyə isə nail olublarsa, bu, o demək deyil ki, günümüzün reallıqları fonunda ağıllarından keçirdikləri, arzuladıqları mümkündür, xeyr. Bir zamanlar Azərbaycanda xaos, anarxiya hökm sürdüyü zaman bundan namərdcəsinə istifadə edən ermənilər indi özləri üçün belə bir dırnaqarası münbit şərait tapa bilməzlər axı. İndi ermənilərlə üz-üzə nə ozamankı idarəçilikdən xəbərsiz, torpaqlarının taleyi ilə maraqlanmadan hakimiyyət davası aparan hakimiyyət var, nə də ölkəmizdə xaos, qarışıqlıq yoxdur ki, bu, erməni namərdlərinin işinə yarasın. İndi ölkəmiz Azərbaycana, dünyada öz siyasi savadı, dünyagörüşü, bacarığı, siyasi iradəsi ilə fərqlənən bir siyasi lider, cənab İlham Əliyev kimi qətiyyətli bir Prezident rəhbərlik edir və ermənilərin cəfəng xəyallarına artıq yer belə yoxdur. İstənilən platformada keçirilən diplomatik görüşlər zamanı da görünür ki, Azərbaycan Prezidenti erməni baş naziri Nikol Paşinyandan qat-qat üstündür. Görünür ki, iki ölkənin rəhbərini müqayisə belə etmək olmaz və Paşinyan hər dəfə, hər zaman, hər bir diplomatik görüşdə Ali Baş Komandan cənab İlham Əliyevin qarşısında son dərəcə büzüşür, çarəsiz duruma düşür.
Hansısa demokratiyadan dəm vuran, bunu da başqalarının gözünə soxmaq istəyən ermənilər bilirlər, bilməyənlər də bilsinlər ki, ölkələrində hansısa demokratiyadan danışmaq olmaz və demokratiya deyilən Ermənistanda yoxdur. Digər tərəfdən də anlamalıdırlar ki, elə demokratiya oyunu ilə erməniləri Qərb barmağına sarıyıb və gözlərinə də kül üfürməklə məşğuldur. Rüsvayçı şəkildə məğlub, səfalət içərisində olan bir ölkəyə hələ də demokratiya nağılı oxunması kimə lazımdır? Ermənilər dərk etmirlərmi ki, yediklərini, içdiklərini, yaşamaq üçün vacib olan gündəlik qaçılmaz məhsulları, eləcə də yaşayışlarını demokratiya ilə doldurmaq olmur? Görmürlərmi ki, nə qədər pafosla danışsa belə, hər dəfə istənilən ictimai müzakirə Azərbaycan liderinin xeyrinə başa çatır? Görmürləmi ki, Azərbaycanın qüdrətli, güclü, yaxşı maliyyələşən ordusu var və heç də bir vaxtlar təsəvvür etdiləri kimi deyil? Bunu dərk etməyən, görməyən hansısa erməni həqiqətən yuxuda ola bilər, qəflət yuxusunda.
Miflərlə yaşamaq istəyi Ermənistanı faciəyə gətirib çıxardı. Bütün bu faciələrin fonunda isə hələ də kimlərinsə revanşizmdən dəm vurması, yeni müharibə barədə danışması çox təəccüblüdür və gülünc görünür. Çünki günü-gündən güclənən Azərbaycan Ordusunun qarşısında durmadan parçalanan, zəifləyən erməni silahlı dəstələrinin davam gətirməyəcəyi gün kimi aydındır. Azərbaycanın çox böyük qüdrət sahibi olduğunu gözardı etmək axmaqlıqdan başqa bir şey deyil. Ölkəmizin bütün dünyada söz sahibi olması, haqlı mövqedə olması, haqq və hüquqlara sahib olması erməni cəmiyyətini qəflət yuxusundan gec də olsa ayıltmalı idi. Bəli, nağıllarla, miflərlə yaşayan ermənilər hələ də qəflət yuxusundadırlar. Bu yuxudan nə qədər tez oyansalar, o qədər də tez görərlər, başa düşərlər ki, ölkələri Ermənistan bütün proseslərin kənarındadır və bütün regional layihələrdən məhrum olublar. Başa düşərlər ki, nağıllarla yaşamaqla, miflərə istinad etməklə vəziyyəti dəyişmək mümkün deyil. Mifləşdirdikləri hansısa erməni nə gəlib Ermənistanın düşdüyü vəziyyəti, nə də ermənilərin baxışlarını dəyişən deyil. Bunu özləri etməlidirlər. Reallıqları görərək, qəbul edərək etməlidirlər və qəflət yuxusundan ayılaraq, regiondakı yeni durumu başa düşərək, dərk edərək nağıllarla, miflərlə deyil, reallıqlarla yaşamalıdırlar, qonşu dövlətlərlə normal münasibətlər qurmalıdırlar, sülh şəraitində yaşamalıdırlar ki, həm normal yaşayışları təmin olunsun, həm də iqtisadi baxımdan da ölkələrinin vəziyyətinin yaxşılaşacağına heç olmasa, ümid edə bilsinlər. Əks halda, bu yuxu, yəni, qəflət yuxusu onlara daha ağır nəticələr vəd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB