“Müasir Ermənistan respublikası tarixi Azərbaycan torpaqlarında yaradılıb“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Müasir Ermənistan respublikası tarixi Azərbaycan torpaqlarında yaradılıb“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddiaları fonunda Azərbaycan da məhz tarixi torpaqları kontekstindən çıxış edir. Məlumdur ki, müasir Ermənistan respublikası tarixi Azərbaycan torpaqlarında yaradılıb. Burada önəm xüsus ondan ibarətdir ki, hələ də Ermənistan Azərbaycana qarşı ərazi iddialarından geri çəkilmir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan Ermənistanın etdiklərinin qarşısında səssiz qala bilməz: “Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Baxmayaraq ki, Ermənistan Azərbaycanın bütövlüyünü və suverenliyini qəbul edib. Lakin cəmi bir neçə ay sonra sonra müsahibəsində Laçın yolunun xüsusi statusa malik olmasına dair fikirlər irəli sürdü. Bu da tamamilə yolverilməzdir. Çünki Laçın ərazisindən gedən yol infrastrukturu Azərbaycana aiddir və onun daxili işidir. Bunlar göstərir ki, Ermənistan hələ də Vətən müharibəsindən çıxan nəticələri anlamır. Azərbaycan da belə olan halda “Göyçə-Zəngəzur Respublikası” tezisini irəli sürür. Çünki azərbaycanlılar öz doğma torpaqlarında yaşamalıdırlar. Lakin orada Azərbaycanın tarixi saxtalaşdırılıb. Bu gün isə biz hüquqların bərpası istiqamətində çalışırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə