Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüb
Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüblər. Bu barədə SİA-ya Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, bu il avqustun 3-də 13-ü uşaq, 3-ü qadın olmaqla, Suriyadan daha 16 nəfərin Azərbaycana gətirilməsi həyata keçirilib.
Azərbayacan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüşərək, onların hüquqlarının təmini vəziyyəti ilə maraqlanıblar.
Görüş zamanı qadın və uşaqların psixoloji durumu öyrənilib, Aparatın nümayəndələrinə onların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində görülmüş tədbirlər barədə məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB