Avropa ölkələri ilə neft sahəsində də etibarlı partnyoruq- Ceyhun Bayramov

Avropa ölkələri ilə neft sahəsində də etibarlı partnyoruq- Ceyhun Bayramov

Son illərin ən böyük layihəsi Cənub Qaz Dəhlizi layihəsidir. Bunun birinci mərhələsi TANAP layihəsi idisə, onun ikinci mərhələsi TAP layihəsidir. TAP layihəsi vasitəsilə Türkiyə üzərindən qaz Avropa ölkələrinə çatdırılır”.

SİA xəbər verir ki, bunu Azərbaycanın bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirib.

Nazir bildirib ki, ötən il qaz sahəsində qıtlıqla vağlı bir sıra Avropa ölkələrindən müraciətlər olmuşdu:

“TAP layihəsi üzərində genişlənmələr gedir. Türkiyə üzərindən Avropaya qaz nəqlinin genişlənməsi üzərində işlər gedir. Yaxın vaxtlarda bunun nəticələrini görəcəyik. 2027-ci ilədək Azərbaycandan Avropaya qaz həcmlərinin 2 dəfəyədək artırılması nəzərdə tutulub. Enerji sahəsində əməkdaşlıqdan danışırıqsa, biz Avropa ölkələri ilə neft sahəsində də etibarlı partnyoruq”.

Bütün xəbərlər Facebook səhifəmizdə