“Kadr siyasəti inkişaf və tərəqqinin əsas baza prinsiplərindəndir” - DEPUTAT DANIŞDI
“Kadr siyasəti istənilən inkişafı və tərəqqinin əsas baza prinsiplərindəndir. Hər bir dövlət buna xüsusi diqqət etməyə çalışır. Lakin kadr siyasətindən öncə inkişafın optimal və milli maraqlara cavab verən siyasi xəttinin müəyyənləşdirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, 1988-1993-cü illərdəki səhv siyasi xəttinin hansı ağır nəticələrə səbəb olduğunun şahidiyik: “Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın maraqlarına və ölkənin qüdrətlənməsinə kömək edir. Bu istiqamətdə kadr siyasəti də aparıcı yerlərdən birini tutur.
İlk növbədə siyasi kursu həyata keçirəcək kadrları hazırlamaq və onun hazırlanma sistemini ortaya qoymaq lazımdır. Ali məktəblərimizdə günün tələblərinə cavab verən ixtisasların hazırlanması, təlimin həyat və praktika ilə bağlı olması, kadrların bir qisminin aparıcı xarici universitetlərdə hazırlanması bu qəbildən olan məsələlərdir. Lakin ali təhsil insana etimad göstərilməsi üçün əsas ola bilməz. İlk növbədə alınan biliklərin həyata keçirəcəyi, üzərinə düşən məhsuliyyəti hiss edəcəyini bilmək lazımdır.
Cənab Prezident ilk növbədə bu və ya digər sahəyə hazırlıqlı, milli maraqları dərindən bilən, güclü mütəxəssis olan insanların tapılıb, irəli çəkilməsində hər zaman cəsarətli hərəkət edib və bu addımlar hər zaman öz müsbət nəticələrini verib. Bunun nəticəsində ayrı-ayrı istiqamətlərdə inkişafımızı görə bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB