“Orta dəhliz konteksində müzakirələr xüsusi aktuallığı ilə seçilir“ - POLİTOLOQ ŞƏRH ETDİ
“Özbəkistanla Azərbaycan arasındakı əlaqələr strateji əhəmiyyət daşıyır. Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanla Özbəkistan arasında əməkdaşlıqda geniş potensial formalaşıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, orta dəhliz konteksində müzakirələr xüsusi aktuallığı ilə seçilir: “Eyni zamanda Zəngəzur dəhlizinin açılması Özbəkistan üçün böyük perspektivlər formalaşdıracaq. Bu xüsusda Bakı ilə Daşkənd arasında strateji tərəfdaşlığın genişləndirilməsi istiqamətində saziş də imzalanıb. Bütün bunlar deməyə əsas verir ki, Özbəkistanla Azərbaycan arasında tarixi bağlara söykənən çağdaş münasibətlər dərinləşdirilir.
Özbəkistan hazırda daxili idarəçilikdə yeni bir mərhələyə qədəm qoyub. Özbəkistan türk dünyasının inkişaf etdirilməsində əsas dövlətlərdən biri kimi çıxış edir. Çox istərdik ki, iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsinin şahidi olaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB