Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri
Abbas Əliyev
Qoşulmama Hərəkatının Azərbaycanda Əlaqələndirmə Bürosunun nazirlərinin görüşü çox vacib mesajların verilməsi ilə yadda qaldı. Abbas Əliyev qeyd edib ki, Qoşulmama Hərəkatının son dövrlər tədbirlərinə beynəlxalq marağın artması Azərbaycanın bu təşkilata uğurlu sədrliyi ilə bağlıdır. Qoşulmama Hərəkatı son dörd ildə olduğu qədər fəal olmayıb. Təşkilat dünyada gedən proseslərə bu qədər geniş və qlobal təsir göstərmək imkanı qazanıb. QH-nin bu baxımdan Əlaqələndirmə Bürosunun nazirlərinin görüşündə Cənab Prezidentimiz tərəfindən müəyyən edilmiş gündəliyi və müzakirə üçün seçilmiş mövzular öz aktuallığı ilə diqqəti cəlb edib. “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” adı altında keçirilən nazirlər görüşündə Cənab Prezidentin çıxışı, problemlərə qətiyyətli mövqe sərgiləməsi beynəlxalq medianın diqqət mərkəzindədi. Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasında təmsil olunmasının zəruriliyi, inkişaf etməkdə olan Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələrinə beynəlxalq səviyyədə dəstək göstərilməsinin vacibdliyinin bu toplantıda önə çəkildiyini söyləyib, Eyni zamanda beynəlxalq siyasətdə ikili standartlardan imtina edilməsi, neokolonializmin hər cür təzahürünün aradan qaldırılması kimi məsələlərin zəruriliyi bildirilib. Cənab Prezident üzv dövlətləri öz səylərini birləşdirməyə çağırıb. Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının üzvü Fransanın misalında güc sahibi olan dövlətlərin hələ də digər xalqları öz asılılığında saxlamaq, onların təbii resurslarını talamaq və fundamental haqlarını əlindən almaq cəhdlərini qətiyyətlə pislədi. Prezident Fransanın vaxtilə müstəmləkə ölkələrində apardığı soyqırımı cinayətlərinə görə zərərçəkmiş xalqlardan üzr istəməyə və xalqların azadlıq, müstəqillik arzusuna qarşı hərəkətlərdən çəkinməyə səsləyib.
Abbas Əliyev Prezident İlham Əliyev Fransanın timsalında dünyada neokolonializm meyillərinin artmasından bəhs etdiyini bildirib, Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına və azadlıqlarına hörmət etmir. Bu ölkə müstəmləkə keçmişinə, qanlı cinayətlərinə, soyqırım aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Amma bunun fonunda Fransa hətta Korsika dilinə qadağa qoyur. Əli qanlı cinmayətlərə batmış Fransa etnik azlıqlar konsepsiyasını qəbul etmir. Bundan da irəli gedərək özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərir. Fakt odur ki, Fransa Azərbaycan torpaqlarında münaqişə yaranan gündən erməni separatizmini açıq dəstəkləyən ölkədir. Fransa başqa dövlətlərin daxili işlərinə qarışmaqdansa özünün problemləri ilə məşğul olmalıdır. Çünki bu gün Fransanın Azərbaycanla bağlı məkrli planları fiaskoya uğrayıb. Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində işğaldan azad edilən ərazilərimizdə yenidənqurma işləri planlı şəkildə həyata keçirilir. Bu mənada Qoşulmama Hərəkatının ədalətli mövqeyində qətiyyətlilik nümayiş etdirməsi, ikili standartlara son qoyulması baxımından mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatına üzv olan ölkələr işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyinə dəstək verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB