"Fransa Ermənistanı özündən daha çox qoruyur" - SİYAVUŞ NOVRUZOV

"Fransa Ermənistanı özündən daha çox qoruyur" - SİYAVUŞ NOVRUZOV

“Fransa sülh müqaviləsinin bağlanması prosesinə qarışmalı deyil. Fransa prezidenti Makron ötən çıxışında bildirdi ki, Ermənistan Baş naziri Nikol Paşinyandan daha çox Azərbaycan Prezidentinə təsir göstərir. Bu nə deməkdir? Sülh tərəfdarı olan ölkənin başçısının belə çıxışı sadəcə sülhə mane ola bilər. Sülh müqaviləsinin bağlanmasından söhbət belə gedə bilməz”. SİA xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Siyavuş Novruzov bildirib.

Deputat sözlərinə davam edərək qeyd edib ki, Fransa Ermənistanı özündən daha çox qoruyur: “Qardaş, Ermənistanı istəyirsənsə, gəl, götür, özünə birləşdir. İmkan ver, öz məsələmizi özümüz həll edək. Ədalətli sülh istəyirik, ciddi danışıqlar gedir. Amerika, digər Avropa ölkələri, Türkiyə dəstək verir. Hesab edirəm ki, Azərbaycan hökumətinin Fransaya qarşı sərt mövqeyi olmalıdır. Azərbaycan XİN qəti şəkildə bildirməlidir ki, Fransanın qoşulduğu sülh prosesinə Azərbaycan qoşulmayacaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə