"Azərbaycanın hərbi təhlükəsizliyinə olan təhdidlərin xarakteri də dəyişib” - Elşad Mirbəşiroğlu
“Azərbaycan öz torpaqlarını azad etdikdən sonra müvafiq olaraq Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşıb. Artıq Azərbaycanın hərbi təhlükəsizliyinə olan təhdidlərin xarakteri də dəyişib”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda regional təhlükəsizliyin qurulmasını öz üzərinə götürüb: “Təkcə ölkənin olduğu regionda deyil, bütün ölkədə yeni geosiyasi reallıq formalaşır. Bu baxımdan Azərbaycan hərbi doktrinasında dəyişiklik edilməsi vacibdir. Dünən Azərbaycan Prezidenti İlham Əliyev buna qəti möveyini bildirdi. Fransa aşkar şəkildə Azərbaycan ərazi bütövlüyünə qəsd etməkdə və separatizmi dəstəkləməkdədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB