"Fransanın ikiüzlü siyəsəti Azərbaycan tərəfindən həmişə ortaya qoyulacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Fransanın ikiüzlü siyəsəti Azərbaycan tərəfindən həmişə ortaya qoyulacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Belə bir məsəl var - "Öz evin şüşədəndirsə başqasına gərək daş atmayasan". Fransanın bu qədər problemləri var, Fransanı etirazlar və yürüşlər bürüyüb, polis günahsız bir gənci öldürüb, şəhərlər alovlanıb, maşınlar yandırılıb və üstəlik, milli və etnik qruplara qarşı ikili siyasət yeridilir, onların hüquqları pozulur". Bunu politoloq, siyasi analitik Elxan Şahinoğlu SİA-ya açıqlamasında bildirib.

O, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündəki çıxışının Fransanın ikiüzlü siyasətinin sərt tənqidi olduğuna diqqət çəkib: "Öz ölkəsində bunlar baş verərkən, Fransa prezidenti Azərbaycana da “dil uzadır”, haqsız yerə tənqid edir, Qarabağ ermənilərini dəstəkçisi kimi çıxış etməyə çalışır. Əlbəttə ki, biz haqsız tənqidə məruz qalırıqsa biz də Fransanın problemlərini açmalıyıq, Fransanın ikiüzlü siyasəti barədə açıqlamalar aktiv olmalıdır. Necə ki, indi var və dövlət başçısının bugünkü Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündəki çıxışı da Fransanın sərt tənqididir. Əslində, Fransa daha çox zərər görür. Çünki bu gün Azərbaycan Prezidentini Qoşulmama Hərəkatında yüzlərlə rəsmilər, xarici işlər nazirləri dinlədi. Ona görə də Makron ikiüzlü siyasətindən əl çəkməlidir. Fransanın bu siyəsəti həmişə Azərbaycan tərəfindən ortaya qoyulacaqdır. Beynəlxalq təşkilatlar da Prezident İlham Əliyevin çıxışına diqqət edir. Lakin görünən odur ki, Fransa hələ ermənilərə dəstəkdən əl çəkmir. Bunun özü də Fransaya daha böyük problemlər yaradacaq".

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə