"Fransa bu aksiyalardan nəticə çıxarmalıdır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Bugünkü gündə Fransada baş verən hadisələr heç də təsadüfi deyil. İyun ayının 27-si axşam saatlarından start götürmüş bu etiraz dalğası bir neçə il öncə Fransada baş qaldıran etiraz aksiyalarının davamıdır. Çünki zaman-zaman fransız hökuməti tərəfindən həm islam dünyasına, eyni zamanda, Afrika kökənli zəncilərə qarşı ögey münasibət bəslənib və sərt siyasət yürüdülüb. Təbii ki, bu da günlərin birində əzilən xalqlar tərəfindən Fransa hökumətinə qarşı etirazın meydana gəlməsinə səbəb olmalı idi. Düşünürəm ki, Fransa hökumətini bu cür aksiyalarla çökdürmək mümkün deyil. Lakin bu, o demək deyil ki, 27 iyunda başlayan və hələ də davam edən aksiya Fransa dövləti üçün ciddi siqnal olmadı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.
Onun sözlərinə görə, bu aksiya yalnız Fransaya deyil, həmçinin, başqa dövlətlərin daxili işlərinə qarışan, onları insan haqlarını pozmaqda ittiham edən Avropa Birliyinə üzv dövlətlər üçün də bir işarə olmalıdır: “Artıq yeni dünya düzəni formalaşır. Hesab etmirəm ki, Avropa Birliyi bu yeni dünya düzənindən kənarda qalacaq. Fransada baş verən bu hadisələr, artıq AB-nin də dəyişimə hazır olmasını göstərir. Proseslər getdikcə AB-nin daxilinə sirayət edir”.
Politoloq sözlərinə davam edərək bildirib ki, Fransa dövləti, o cümlədən, Avropa Birliyi bu cür aksiyalardan nəticə çıxarmalıdır: “Onlar Afrikadan, Yaxın və Orta Şərqdən köç etmiş miqrantlara, həmçinin müsəlman dünyasına qarşı ədalətli siyasət yürütməlidir. Çünki həmin miqrantlar heç də öz istəkləri ilə bu köçü həyata keçirmir. Onların başqa ölkələrə üz tutmasının səbəbi də elə Avropa dövlətləridir. Avropa dövlətləri, xüsusilə də, Fransa həm Afrikanı, həm də Yaxın və Orta Şərqi istila etməklə orada yaşayan insanların haqlarını əllərindən aldı. İndi isə avropalılar həmin miqrantların əsirinə çevrilmək məcburiyyətində qalıblar. Bu, danılmaz bir həqiqətdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB